Yuxarı

İdmançılarımızın qatılacağı yarışlarla bağlı qərar verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Taekvondo Federasiyasının (İTF) İdarə Heyətinin videokonfransı keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, İTF prezidenti Çunqvon Çuenin başçılığı altında təşkil olunan iclasa Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax da qatılıb.

Toplantıda bir sıra vacib qərarlar qəbul olunub. Böyüklər arasında bu il keçirilməli olan qitə çempionatlarının 2021-ci ilin may ayına qədər təşkilinə icazə verilib. Həmin ilin mayında Çinin Usi şəhərində planlaşdırılan dünya çempionatı sentyabr ayına təxirə salınıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə keçirilməsi və dünya çempionatı səbəbindən 2021-ci ildəki bütün Qran-pri yarışları ləğv olunub.

2020-ci ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiyada baş tutmalı olan gənclər arasında dünya çempionatı ilə bağlı qərar avqustun 15-də veriləcək. Böyük Dəbilqə turnirinin final mərhələsi əvvəlki kimi bu ilin dekabrında olacaq.

İclasda həmçinin yeniyetmələr arasında 2021-ci il dünya çempionatının Sofiyada, gənclər arasında dünya birinciliyinin Seneqalın paytaxtı Dakarda təşkilinə qərar verilib. 2022-ci ildəki Qran-pri yarışlarına isə müvafiq olaraq Sinqapur, İngiltərə və İordaniya ev sahibliyi edəcək.

Tarix
2020.05.13 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla