Yuxarı

Formula-1-in ən nüfuzlu şəxsi açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1-in ən nüfuzlu şəxsi açıqlandı

Yeddiqat dünya çempionu Mixael Şumaxer Formula-1 tarixinin ən nüfuzlu şəxsi seçilib.

Axar.az xəbər verir ki, 10 gün ərzində Formula-1-in rəsmi saytında keçirilən səsvermənin final mərhələsində almaniyalı pilot azarkeşlərin səsinin 61 faizini toplayaraq birinci olub. Formula-1-in 70 illik yubileyinə həsr olunmuş səsvermədə yarışın sabiq rəhbəri Berni Ekklstoun ikinci olub.

Səsvermənin nəticəsini avtoidman dünyasının nüfuzlu şəxsləri yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt və məşhur britaniyalı ekspert Mark Hyuz seçimin ədalətli olduğunu vurğulayıblar.

Qeyd edək ki, 51 yaşlı pilot Formula 1-də “Yordan”, “Benetton”, “Ferrari” və “Mersedes” komandalarında çıxış edib. O, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Keçmiş pilot başından aldığı ağır zərbədən komaya düşüb.

Tarix
2020.05.14 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla