Yuxarı

Karateçilərimizin lizensiyası ləğv edilib? - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karateçilərimizin lizensiyası ləğv edilib? - Açıqlama

Dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən builki yarışların əksəriyyəti ya ləğv olunub, ya da təxirə salınıb. Bakıda bu ilin martın 25-dən 29-dək keçirilməli olan lisenziya xarakterli Avropa çempionatı ləğv olunub. Həmin yarış Tokio Olimpiadasına son lisenziya xarakterli turnir idi. Məhz həmin turnirdən sonra Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların adları açıqlanacaq idi.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib. O qeyd edib ki, karateçilərimizdən İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq) reytinq xallarına görə olimpiadaya vəsiqə qazanmış hesab olunurlar. İ.Zaretska reytinqdə birinci olduğu üçün onun lisenziyası tam təmin edilib, yəni rəqiblərin onu üstələməsi mümkün deyil. R.Ağayev isə reytinqdə üçüncüdür. Əgər rəqiblərdən kiminsə xalı çox olarsa, onu üstələyə bilər.

Ümumiyyətlə, lisenziya xallarının ləğvindən söhbət gedə bilməz. Eləcə də karateçilərimizin lisenziya xalları ləğv olunmayıb. Gələn il keçiriləcək Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində təşkil ediləcək Avropa çempionatı lisenziya xalları verir. Yəni karateçilər lisenziya xalları qazanmağa davam edəcəklər.

Tarix
2020.05.22 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla