Yuxarı

Prosineçki "Barselona"-"Real Madrid" matçını şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prosineçki "Barselona"-"Real Madrid" matçını şərh etdi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün axşam "Barselona" və "Real Madrid" arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

AzərTac xəbər verir ki, hər iki klubda yarımmüdafiəçi oynamış R.Prosinecki goal.com saytına bildirib ki, bu oyun dünyanın ən yaxşı komandalarının qarşılaşmasıdır, bu bir derbidir: "Bu o deməkdir ki, indi yaxşı oynayan "Barselona" uduza, ya da çətin günlərini yaşayan "Real Madrid" qələbə qazana bilər. Belə oyunlarda əvvəlcədən heç nə bilmək olmur".

Məşqçinin sözlərinə görə, bu oyunun nəticəsi İspaniya çempionatının gedişatını dəyişə bilər. "Barselona" ilk əvvəl böhranda idi. Onların bir sıra problemləri var idi, həmçinin bunlardan biri Messi ilə bağlı olmuşdu. Lakin sonradan onlar bir-birinin ardınca qələbə qazanmağa başladılar", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün axşam "Real Madrid" və "Barselona" klubları "Kamp Nou" stadionunda 230-cu görüşünü keçirəcək. Oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Tarix
2015.03.22 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla