Yuxarı

Avropa Güləş Federasiyasının prezidenti öldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Güləş Federasiyasının prezidenti öldü

Dünya güləş ailəsi ağır itki ilə üzləşib.

Axar.az Report-a istinadən xəbər verir ki, Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Bununla əlaqədar Azərbaycan Güləş Federasiyası mərhumun ailə üzvlərinə, Bolqarıstan Güləş Federasiyasına, UWW-EU-ya və Dünya Güləş Birliyinə başsağlığı verib.

Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.

Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.

Tarix
2020.06.01 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla