Yuxarı

Sadıqov: “Yazıçıdan xahiş etdik ki…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sadıqov: “Yazıçıdan xahiş etdik ki…

Bu gün "Neftçi" klubu yeni rəhbərini seçir.

Trend-in məlumatına görə, SOCAR-ın binasında keçirilən iclasdan sonra "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov çıxışında deyib ki, bu gün nəinki "Neftçi"nin, Azərbaycan futbolunda dəyişiklik vaxtı çatıb.

Onun sözlərinə görə, hələ ötən il klublarda Müşahidə Şurasının yaradılması qərarına gəlinmişdi:

"Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" Neft Emalı Zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, tanınmış simalar yer alsın bu şurada. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, "Neftçi" sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da razılıq verdilər bu Şurada iştirak etməyə. Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. "Neftçi"nin aksiyaları buraxılacaq. Gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək".

Tarix
2015.03.31 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla