Yuxarı

"Fənərbaxça"dan möhtəşəm qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbaxça” “Yeni Malatyaspor”u qəbul edib.

Axar.az xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 70-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vedat Muruqi açıb. Matçın 81 və 89-cu dəqiqələrində qonaqların futbolçuları Yousif Ndayişimiye və Mitçel Donald vurduğu qollarla komandalarını hesabda irəli keçiriblər - 1:2. Lakin İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan görüşün 91 və 96-cı dəqiqələrində iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb. Beləliklə, “Fənərbaxça” Ozan Tufanın son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.

Günün digər matçlarında “Göztəpə” – “Alanyaspor” və “Trabzonspor” – “Ankaragücü” komandaları üz-üzə gələcəklər.

Bundan əlavə, turda iyunun 28-də “Rizəspor” – “Dənizlispor”, “Sivasspor” – “Kayserispor”, “Qaziantep” – “Antalyaspor”, “Başakşəhər” – “Qalatasaray” komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da “Gənclərbirliyi” – “Kasımpaşa” görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 57 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb.

Tarix
2020.06.28 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla