Yuxarı

Şamaxıda stadion inşa olunur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda stadion inşa olunur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq infrastrukturun inkişaf etdirilməsi məqsədilə yeni layihənin icrasına start verib.

Axar.az xəbər verir ki, AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında yeni stadionun inşasına başlanıb. Şamaxıda 2200 azarkeş tutumuna malik və müvafiq standartlara cavab verən əsas stadiondan başqa, süni örtüklü iki meydançanın da inşası nəzərdə tutulur. Əsas meydançanın tribunalarının üstü qapalı olacaq. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydançanın ətrafında qaçış zolağı da quraşdırılacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək.

Tarix
2020.07.09 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla