Yuxarı

"Neftçi"də yeni təyinat oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat baş tutub.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi"nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter"in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə" klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Tarix
2020.07.10 / 01:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak edir

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla