Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi
13:20
Ana səhifə İdman |
2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib.
Axar.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Maksim Medvedyev Ağdam təmsilçisinin kapitanı olub.
Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.
Qeyd edək ki, Maksim Medvedyev 2006-cı ildən "Qarabağ"da çıxış edir.
O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.
Tarix
2020.07.19 / 01:26
|
Müəllif
Axar.az
|