Yuxarı

Türkiyə kubokunun sahibi bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə kubokunun sahibi bəlli oldu

İyulun 29-da futbol üzrə Türkiyə kubokunun final matçı oynanılıb.

Axar.az xəbər verir ki, İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda "Trabzonspor" və "Alanyaspor" komandaları qarşılaşıblar. Görüş "Tranzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:0. Birinci qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Superliqanın cari mövsümdə bombardiri olan Aleksander Sorlot qoyub.

Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Türkiyə kubokuna sahib olub. Sonuncu dəfə Trabzon təmsilçiləri kuboka 2010-cu ildə sahib olublar. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" tarixində birinci dəfə ölkə kubokunda final həyəcanı yaşayıb.

Tarix
2020.07.30 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla