Yuxarı

Ümumdünya Şahmat Olimpiadası davam edir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümumdünya Şahmat Olimpiadası davam edir

Onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları davam edir.

Axar.az xəbər verir ki, oyunlarda baza divizionunun 12 qalibi də daxil olmaqla 50 komanda beş qrupda mübarizə aparır. Ötən turların oyunlarına görə, Tailand, Honkonq (A qrupu), Suriya, Mozambik (B qrupu), Nigeriya, Mavritaniya (C qrupu), Fələstin, Anqola (D qrupu), Honduras, Trinidad və Tobaqo (E qrupu) liderlik edirlər.

Hər qrupda ilk üçlükdə yer alan yığmalar 3-cü diviziona vəsiqə qazanacaqlar. Dördüncü divizionun oyunları avqustun 2-dək davam edəcək.

Xatırladaq ki, baza divizionun oyunları iyulun 25-dən 27-dək keçirilib. Turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Tarix
2020.08.01 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla