Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Sentyabr 2020


"Mançester" və "İnter" də növbəti mərhələdə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:40

İyulun 5-də UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.

Axar.az xəbər verir ki, ilk olaraq, səkkizdəbir final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.

Türkiyənin yeganə təmsilçisi "Başakşehər" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. Matçın 52-ci dəqiqəsində Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.

Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.

Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniyanın "Volfsburq" klubunu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.

Qeyd edək ki, "Kopenhagen" dörddəbir finalda LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) cütünün, "Şaxtyor" isə "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.

***

Avropa Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı bəlli olub.

"Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə yendiyi LASK klubunu evdə də məğlub edib - 2:1.

"İnter" isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniya "Xetafe"si üzərində inamlı qələbə qazanıb - 2:0.

Bu nəticələrdən sonra "Mançester Yunayted" və "İnter" növbəti mərhələyə yüksəlib.

Tarix
2020.08.06 / 01:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı döyüşçü rəqibini belə nokaut etdi - Video

"Neftçi" "Qarabağ" üzərində əzmkar qələbə qazandı

"Tottenhem" səfərdə bu komandanı darmadağın etdi

Voleybol zalındakı azərbaycanca lövhə geri qaytarıldı - Foto

“Qarabağ”ın potensial rəqibi uduzdu

İki hakimimiz Avroliqa matçına təyinat aldı

Qroznı-Bakı neft kəməri işini dayandırıb?

Qəbələdə səssizlik: "Qol" səsi çıxmadı...

"Qarabağ"a görə ürəyim parçalandı - Jezniçak

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirildi

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla