Yuxarı

Türkiyə ilə görüşdə millimiz üstünlüyü ələ keçirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə görüşdə millimiz üstünlüyü ələ keçirdi

Avqustun 8-də Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü start götürüb.

Axar.az xəbər verir ki, yarışın ilk günündə iki partiyanın oyunları keçirilib. Hər iki partiyada üstünlüyü ələ alan Azərbaycan yığması nəticədə 8,5:3,5 xalla birinci yarış gününü qələbə ilə başa vurub. Komandaya ən çox xalı hər iki partiyada qələbə əldə edən Xanım Balacayeva qazandırıb. Teymur Rəcəbov, Gülnar Məmmədova, Vüqar Əsədli 1,5 xal, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə hərəyə 1 xal əldə ediblər.

Qeyd edək ki, reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt verilir və hər gedişə 5 saniyə əlavə olunur. Turnir üç gün davam edəcək.

Tarix
2020.08.08 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla