Yuxarı

"Bavariya" "Barselona"nı darmadağın etdi: 8-2...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bavariya" "Barselona"nı darmadağın etdi: 8-2...

Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşması keçirilib.

Axar.az xəbər verir ki, Lissabondakı “Estadio da Luz” stadionunda oynanılan görüşdə “Bavariya” (Almaniya) və “Barselona” (İspaniya) komandaları üz-üzə gəlib.

Görüş Münxen təmsilçisinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya”nın heyətində Tomas Müller (2), İvan Perişiç, Serj Qnabri, Coşua Kimix, Robert Levandovski və Felipe Koutinyo (2), “Barselona”dan isə Luis Suares və David Alaba (avtoqol) fərqləniblər.

Bu qələbə sayəsində “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Almanlar növbəti mərhələdə “Mançester Siti” - “Lion” cütün qalibi ilə qarşılaşacaq.

Bundan əvvəl isə yarımfinala “PSJ” (Fransa) və “Leypsiq” (Almaniya) komandaları çıxıblar.

“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) oyunu bu gün keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.

Tarix
2020.08.15 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla