Yuxarı

İrandan qadınlarla bağlı daha bir addım - Şok

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan qadınlarla bağlı daha bir addım - Şok

İranda qadın azarkeşlərin matç izləmə qadağası aradan götürüləndən sonra daha bir inqilabi addım atılıb.

Axar.az xəbər verir ki, Voleybol Federasiyası başqan köməkçisi vəzifəsinə keçmiş qadın idmançı Zöhrə Mirsəpasi gətirilib.

Mirsəpasinin vəzifəyə təyin olunmasından sonra İran Qadın Voleybol Milli Komandasına bir xarici məşqçi gətiriləcək və bununla da idmançıların Avropa ilə daha da sıx əlaqələr yaradılacağı vurğulanıb.

1987-1991-ci illər arasında "Xarəzmi" komandasında oynayan Mirsəpasi belə açıqlama verib: "Ölkəmizdə qadınlarla bağlı problemləri həll etmək üçün 3 mərhələli bir layihə hazırladıq. Ölkədə qadın voleybolunun inkişaf etməsi və Asiya səviyyəsində kişi idmanı ilə eyni səviyyəyə gələcəyinə ümid edirəm".

Qeyd edək ki, İranda bir müddət əvvəl Nüvə razılaşması imzalanandan sonra idman sahəsində də inqilabi addımlar atılıb, A Milli Futbol Komandasının kapitanlığına 1978-ci ildən bu yana ilk dəfə bir erməni - Ando Teymuryan gətirilmişdi.

Tarix
2015.04.13 / 20:13
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla