Yuxarı

Zabit Səmədovun şotlandla möhtəşəm döyüşü - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabit Səmədovun şotlandla möhtəşəm döyüşü - Video

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3″ turnirinin qalibi olub.

ANS-in məlumatına görə, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb.

Qaydalara əsasən 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb.

Yarımfinalda şotlandiyalı idmançı Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb.

"Mauqli" finalda Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. 3 raunddan ibarət görüşdə rəqibinə güclü zərbələr vuran Səmədov İlunqaya şans verməyib. Hakimlərin qərarına əsasən döyüşçülər əlavə 4-cü raundda mübarizə aparmalı olub. Yekunda hakimlərin qərarına əsasən Zabit Səmədov "Global Fighting Championship 3″ turnirinin qalibi olub.

Qeyd edək ki, idmançımız qalib üçün ayrılan kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Tarix
2015.04.19 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla