Yuxarı

“Pul futbolçularımızı kor edib”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Pul futbolçularımızı kor edib”

"Azərbaycanda bu gün peşəkar futbolçu görmürəm. Yoxdu belə futbolçu. Pul onları kor edib. İndi bizneslə məşğul olmağa icazə də verirlər. Qazanılan bu pul bir gün tükənib gedəcək. Amma sənin öz peşən olmalıdır".

Axar.az xəbər verir ki, bu sözləri veteran futbolçu, tanınmış idman jurnalisti Çingiz İsmayılov apasport.az-a geniş müsahibəsində deyib. 80 yaşlı mütəxəssis futbola marağın olmamasından narahatdır:

"O gün bir nəfərlə söhbət edirəm. Deyir ki, camaatın stadiona getməməyinin günahkarı kompüterdi, televizordur. Dedim, bəyəm Rusiyada, İtaliyada, İngiltərədə kompüter, televizor yoxdur? Çempionlar Liqasının oyununa baxıram, görürəm ki, ata-ana 5 yaşlı uşağı ilə stadiondadır. Onlar istirahət etməyə gəlirlər. Amma bizdə təbliğat zəifdir.

Bizim kanallar Azərbaycan futbolunu təbliğ edir? Baxırsan, bizə xas olmayan idman növlərini göstərirlər. Ağır daşları götürüb aparanları, öküz döyüşlərini göstərirlər. Biz onları inkişaf etdirəcəyik? Mən nadir hallarda müəllif verilişləri görürəm. Orda başqa şey deyirlər, çıxanda başqa. Pul çoxlarının gözünü yumub".

Tarix
2015.04.20 / 14:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla