Yuxarı

Fateh Terim Bakıda mətbuat konfransı keçirəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fateh Terim Bakıda mətbuat konfransı keçirəcək

"Neftçi” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunundan öncə son məşqin və mətbuat konfranslarının vaxtı bəlli olub.

Axar.az xəbər verir ki, əvvəlcə "Qalatasaray”ın baş məşqçisi Fateh Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da "sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün BOS-da "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də start götürəcək.

Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən BOS-dakı media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Tarix
2020.09.14 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Bayramov Arakçı ilə danışdı: Regionda mövcud vəziyyət...

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla