Yuxarı

Türkiyə çempionundan gözlənilməz məğlubiyyət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-də futbol üzrə Türkiyə çempionatının I turunun sonuncu görüşündə "Başakşəhər" səfərdə "Hatayspor"un qonağı olub.

Axar.az xəbər verir ki, "Hatay Atatürk" stadionunda keçirilən qarşılaşmada hataylılar rəqib qapısından iki cavabsız top keçiriblər.

Beləliklə, Superliqada ötən mövsümün çempionu olan "Başakşəhər" cari mövsümə məğlubiyyətlə başlayıb.

Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.

Birinci turun yekun nəticələrinə görə hazırda turnir cədvəlinə 3 xalla "Göztəpə" liderlik edir. Onunla eyni xala malik olan "Fateh Karagumruk" ikinci, "Beşiktaş" üçüncü, "Qalatasaray" isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi "Başakşəhər" olub.

Tarix
2020.09.15 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla