Yuxarı

"Qarabağ"ın bugünkü matçını izləyəcəyik - Fateh Terim

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edəcəyinə sabah qərar verəcəyik. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fateh Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, hava limanı və oteldə böyük sevgi ilə qarşılaşıblar. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb:

"Neftçi"nin 2 matçını izlədim. Biri Şimali Makedoniya "Şkupi"si, digəri isə "Səbail"lə görüşləri idi. "Neftçi" 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Mahmudov, Laval, Tallison və Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nə olursa, o da olacaq".

Tarix
2020.09.16 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla