Yuxarı

Fateh Terim: Azərbaycandan qardaşcasına ayrılırıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyuna nəzarət bizdə idi, ilk hissədə yaxşı başladıq. Qol epizodları yaratdıq və futbolçular yaralandı. Futbolçulardan razıyam, yaxşı mübarizə apardılar. Qol buraxdıq, amma növbəti mərhələyə yüksələ bildik. Futbolçuların mübarizəsindən razıyam.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fateh Terim Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, heç vaxt mətbuatın dedi "11-lik" meydanda olmur:

"Bəzi oyunçuların oynamağa ehtiyaca var idi. 6-7 oyunçu istirahət etmiş oldu. Bunu etməyə məcburuq. Bu gün düzgün işlər gördük, futbolçuların nə qədər hazır olduqlarına da baxdıq. Heç kim zədələnmədi, buna şükürlər olsun. Sabah məşqə çıxacaq.

Təcrübəli baş məşqçi rəqib haqqında bunları deyib:

"Rəqib yaxşı komandadır. Mübarizə apara bilirlər. Onlara uğurlar arzulayıram. Bu gün onlardan daha yaxşı oynadıq. "Neftçi"ni məğlub etməyimiz sürpriz deyil. Qələbə qazana bilməsək, sürpriz olardı. Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq. Hər kəsə təşəkkür edirəm. Onlar bizim qardaşımızdır. Bu gün baş məşqçi olaraq 500-cü matçıma çıxdım. Bunu sözlə izah edə bilmərəm. Nə yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokubokda 100-cü qələbədir. Bunlar asan əldə edilmir".

Tarix
2020.09.17 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla