Axar.az
Yuxarı

"Neftçi" "Qarabağ" üzərində əzmkar qələbə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:10

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk derbisi baş tutacaq.

Axar.az xəbər verir ki, saat 20:15-də çempionluğa iddialı “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Görüş “Azərsun Arena”da keçiriləcək.

***

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. Emil Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Tarix
2020.09.20 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cüdoçumuzdan Budapeştdə uğurlu çıxış: Qızıl qazandı

“Böyük dəbilqə”: Komandamız ilk medalını qazandı

"Təlimat verdim ki, dərhal "Qarabağ"la əlaqə saxlayın"

Bakı üçün sülh prosesi bununla bitdi - Hüseynzadə

Qurbanov açıqladı: Heyətdə problem var idi...

"Qarabağ" məğlub oldu

Avroliqa başlayır: “Qarabağ” “Makkabi”yə qarşı

"Real Madrid" "Şaxtyor"a məğlub oldu

Qurbanov "Makkabi" ilə matçdan danışdı

Millimiz və "Qarabağ" ev oyunlarından məhrum oldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla