Yuxarı

Millimizin baş məşqçisi: Hesab 3-0 ola bilərdi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçularım meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı.

Axar.az xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 13-də oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik.

Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək.

“Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qara Qarayevin vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Azərbaycan-Kipr matçı neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilib və oyunda hesab açılmayıb.

Tarix
2020.10.14 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla