Yuxarı

"Qarabağ"dan böyükhesablı qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"dan böyükhesablı qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Komandalar matça birgə pankartla çıxıblar. Pankart üzərində "Əmrinizdəyik, Cənab Ali Baş Komandan" yazılıb.

Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və "Bir ölər, min dirilərik" yazılmış maskada olublar.

Dövlət himni səsləndirildikdən sonra komandalar birgə foto çəkdiriblər.

Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 44-cü dəqiqədə Donald Gerye açıb. 89-cu dəqiqədə Patrik Andrade penalti ilə fərqi artırıb. 90+1-ci dəqiqədə isə Toral Bayramov yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, 3 oyundan sonra qələbə qazanan "Qarabağ" xallarını 8-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda "Səbail"lə təxirə salınmış qarşılaşması da var. 4 xalı olan "Qəbələ" isə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, günün ilk matçında "Səbail" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Tarix
2020.10.17 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla