Yuxarı

"Qarabağ"ın çox cəzbedici oyunu var - Emeri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın çox cəzbedici oyunu var - Emeri

Maraqlı oyun alındı. İlk hissədə rəqib öz oyununu göstərməyi bacardı. Düzdür, qol imkanı yaratmağa imkan vermədik. Amma tam istədiyimiz kimi oynamadıq. İkinci hissədə isə qoldan sonra komandam ayıldı. Layiqli qələbə qazandıq.

Axar.az Report-a istinadən xəbər veri ki, bunu İspaniya "Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunda İstanbulda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

2 il əvvəl İngiltərə "Arsenal"ınln sükanı arxasında olarkən qarşılaşdığı "Qarabağ"la hazırkı komanda ilə müqayisə edən 49 yaşlı mütəxəssis ciddi dəyişiklik görmədiyini bildirib: "Qarabağ"ın çox cəzbedici oyunu var. Adama xoş gəlir. İki il əvvəlki ilə indiki komanda hardasa oxşardır".

İspaniyalı baş məşqçinin sözlərinə görə, qol buraxandan sonra komandası sakitliyini qoruya bilib: "Bunun nəticəsində qələbə qazandıq. Penalti oyunun nəticəsinə təsir etmədi. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, təmas var idi".

"Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirən Emeri bunları deyib: "Bu gün qələbə bizim üçün vacib idi. Qrupda birinci olmaq istəyirik. Qarşıda oyunlar var. Düşünürəm ki, "Qarabağ"ın da şansı var".

Tarix
2020.10.30 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla