Yuxarı

Cüdoçularımız Praqadan 5 medalla qayıdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız Praqadan 5 medalla qayıdır

Praqada start götürən Avropa çempionatını Azərbaycan cüdoçuları 5 medalla başa vurublar.

Axar.az xəbər verir ki, çempionatın son günündə yarışa qatılan İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə fransalı rəqibi Romane Diskonun öhdəsindən gələ bilməyib. Cüdoçumuz qitə çempionatının gümüş medalı ilə kifayətlənib.

Digər təmsilçilərimiz Məmmədəli Mehdiyev (90 kq) Türkiyə təmsilçisi Mikayıl Özerlerini, Zelim Kotsoyev (100 kq) bolqarıstanlı Boris Georgiyevi bürünc medal uğrunda döyüşdə məğlub edərək üçüncü yeri tutublar.

Bununla da, medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, qitə çempionatında bundan əvvəl millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıblar.

Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.

Tarix
2020.11.21 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla