Yuxarı

"Qarabağ"ın daha bir futbolçusu koronaya yoluxdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın daha bir futbolçusu koronaya yoluxdu

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun İsrail "Makkabi"si (Tel-Əviv) ilə oyunu öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelidən sonra bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynovda koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Tarix
2020.12.02 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla