Yuxarı

Qabil Məmmədov Rusiya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Orenburq vilayətində yaşayan soydaşımız Qabil Məmmədov bu ölkənin boks üzrə üçqat çempionu adını qazanıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Orenburqda keçirilən boks üzrə Rusiya çempionatının finalında Qabil Məmmədov 63 kiloqram çəki dərəcəsində Tuladan olan boksçu İlya Şakirovu məğlub edərək çempion adına sahiblənib. Qabil Məmmədov 2018-ci və 2019-cu illərdə də boks üzrə Rusiya çempionu adına layiq görülüb.

Budəfəki çempionatda soydaşımız yarımfinala çıxmaq uğrunda döyüşlərin birində Moskva idmançısı Arman Qalstyanı məğlub edib. Həmin qarşılaşmada üç raundun nəticələrinə görə Qabil hakimlərin yekdil rəyinə əsasən qalib elan edilib.

Kişilər arasında boks üzrə Rusiya çempionatı noyabrın 28-də start götürüb. Yarışların nəticələrinə görə Tokioda keçiriləcək Olimpiya oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyən ediləcək.

Qabil Məmmədov 1994-cü ildə Orenburqda anadan olub. O, 15 ilə yaxındır peşəkar boksla məşğuldur. Rusiyanın beynəlxalq dərəcəli idman ustasıdır.

Tarix
2020.12.05 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla