Yuxarı

Bakıda keçirilməli olan dünya kuboku ləğv olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu.

Azərbaycan Gimnastika Federasiyasından Axar.az-a verilən məlumata görə, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb.

Qeyd edək ki, 4-7 mart 2021-ci tarixlərində paytaxtımızda İdman gimnastikası üzrə Dünya Kuboku, Bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21-23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11-14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Tarix
2021.01.12 / 02:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla