Yuxarı

Kramarenko MOİK-ə məşqçi təyin olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kramarenko MOİK-ə məşqçi təyin olundu

Rusiyanın MOİK komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonunda müqaviləsi bitdiyi üçün MOİK-in düşərgəsini tərk edib.

Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.

Tarix
2021.01.17 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla