Yuxarı

"Barselona" "Sevilya"nı məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Barselona" "Sevilya"nı məğlub etdi

Fevralın 27-də futbol üzrə İspaniya La Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Axar.az xəbər verir ki, turun maraq doğuran görüşü “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, dördüncü pillədə qərarlaşan “Sevilya” doğma azarkeşlər önündə üçüncü yerdə olan “Barselona” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Usman Dembele komandasını hesabda önə çıxarıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesab arasındakı fərqi iki topa çatdırıb.

Komandanın əsas qol silahı Lionel Messi adını tabloya yazdırıb. Bu argentinalı futbolçunun cari mövsüm vurduğu 19-cu qolu olub.

Qeyd edək ki, bu qələbədən sonra xal ehtiyatını 53-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 48 xalla dördüncü yerdə qalıb.

“Barselona”nın əzəli rəqibi “Real Madrid” martın 2-də öz meydanında “Real Sosyedad” komandasını qəbul edəcək.

Tarix
2021.02.27 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla