Yuxarı

Tokio Olimpiadası yenidən təxirə salınır? - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio Olimpiadası yenidən təxirə salınır? - Rəsmi

Tokio Yay Olimpiya Oyunlarının yenidən təxirə salınması mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Tokio Olimpiadasının təşkilat komitəsinin baş katibi Toşiro Muto Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.

O, Oyunların iyul ayında keçirilməsinin son mümkün variant olduğunu vurğulayıb.

Qeyd edək ki, son aylarda aparılan çoxsaylı sorğulara görə, Yaponiya sakinlərinin böyük əksəriyyəti yeni koronavirusun yayılması səbəbindən bu yay Tokioda keçiriləcək Olimpiya Oyunlarına qarşı çıxır. Xüsusilə, “Asahi” nəşri tərəfindən yanvar ayında aparılan sorğuya görə, ölkə sakinlərinin ən azı 86 faizi Oyunların keçirilməsini istəmir.

Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

Tarix
2021.03.06 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla