Yuxarı

Məşhur sayt Tofiq Bəhramovdan yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur sayt Tofiq Bəhramovdan yazdı

Dünyanın məşhur "Goal.com" idman saytında dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovla bağlı reportaj yerləşdirilib.

Azərtac xəbər verir ki, reportajda T.Bəhramovun həyatından, karyerasından, Azərbaycanın futbol tarixində önəmli yer tutmasından bəhs olunur.

Bildirilir ki, 1966-cı ildə Londonda keçirilmiş futbol üzrə dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar ilə o, futbol tarixində qəhrəman kimi yaddaşlara həkk olunub.

Diqqətə çatdırılır ki, Azərbaycan idmanının fenomeni hesab olunan T.Bəhramov dünya futbolunun ən məşhur hakimlərindən biri kimi tarixə düşüb. Onun Azərbaycan futbolunun formalaşmasında böyük töhfəsi olub. Azərbaycanda T.Bəhramovun adı ilə bağlı bir sıra turnirlər keçirilir və məşhur hakimin xatirəsi daim əziz tutulur.

Tarix
2015.06.10 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla