Yuxarı

"Qarabağ"ın 15 məğlubiyyətsiz səfər oyunu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın 15 məğlubiyyətsiz səfər oyunu

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ” məğlubiyyətsiz səfər oyunları seriyasını 15-ə çatdırıb.

Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı bu heç-heçəyədək rəqib meydanlarında keçirdiyi son 14 görüşün hamısında xal qazanıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə sonuncu dəfə 2019-cu il noyabrın 22-də məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüş “Sumqayıt” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

“Qarabağ” 15 səfər oyununun 7-də qələbə qazanıb, 8 oyunu heç-heçə başa vurub. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən mövsümdə, 11-i isə cari mövsümdə gerçəkləşib.

Tarix
2021.04.18 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla