Yuxarı

Çempionumuzun döyüş zamanı ayağı qırıldı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempionumuzun döyüş zamanı ayağı qırıldı - Video

Həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Məhəmmədrəsul Məcidovun ayağı sınıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu, Dağıstan əsilli idmançımızın ABŞ-ın Hollivud şəhərində rusiyalı Andrey Fedosovla peşəkar döyüşü zamanı baş verib.

34 yaşlı boksçu birinci raundda nokdauna düşüb. Yerə yıxılan zaman isə sağ ayağı sınıb. İdmançımız ayağa qalxsa da, döyüşü davam etdirə bilməyib. Nəticədə 1 dəqiqə 24-cü saniyədə döyüş başa çatdırılıb və qələbə Andrey Fedosova verilib.

Rinqdən xərəkdə aparılan Məcidov İnstaqram hesabında ayağının rentgen görüntüsünü yayaraq yazıb:

“Əziz dostlarım və fanatlarım, hamınıza mənə verdiyiniz dəstək və məndən ötrü keçirdiyiniz narahatlıqdan dolayı minnətdaram. Zədə səbəbindən döyüşü davam etdirə bilmədim. Ailəmi, promouterimi və menecerlərimi bununla məyus etdim. İdmanda bəzən belə olur. Ancaq mən tezliklə Uca Yaradanın köməyilə daha güclü və daha yaxşı geri qayıdacağam”.

Qeyd edək ki, bunadək Məhəmmədrəsul Məcidov keçirdiyi üç peşəkar döyüşdə qələbə qazanmışdı.

Tarix
2021.04.20 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla