Yuxarı

“Neftçi”yə Emilə görə 1 milyon dollar – Cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”yə Emilə görə 1 milyon dollar – Cəza

FİFA "Neftçi" klubuna sərt xəbərdarlıq edib.

Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisi sabiq futbolçusu Emil Mpenzaya olan borcunu ödəməyə məhkum edilib.

Ali futbol qurumu belçikalı oyunçu ilə klub arasında mübahisəli vəziyyəti araşdıraraq, müvafiq qərarı verib. Artıq bu qərar barədə məlumatlandırılan "Neftçi" Mpenzaya təxminən 1 milyon dollar ödəməlidir.

Bu məbləğ 2010-cu ilin yayında "Neftçi"yə keçən, 3 illik müqavilə imzalamasına baxmayaraq, ilyarım sonra qovulan legionerə vaxtında ödənilməyən puldur. 2012-ci ilin əvvəlində Emilə özünə klub tapmaq tövsiyə edilib. Bunun üçün ona rəsmi icazə verib, yola salan bakılılar onun klub tapacağı vaxta qədər maaşını da ödəməyə razılaşıb. Amma az keçməmiş paytaxt təmsilçisi FİFA-ya belçikalının komandanı özbaşına tərk etməsi ilə bağlı şikayət ünvanlayıb.

Amma məsələdən xəbər tutan Mpenzanın özü də quruma şikayət etməyi lazım bilib. Bundan sonra məsələyə baxan FİFA da futbolçunun tərəfində durub. "Ağ-qaralar"ı məbləği ödəməyə məhkum edən qurum kluba daha sərt cəzalarla bağlı xəbərdarlıq da edib. Belə ki, "Neftçi" Emilin pulunu ödəməsə, transfer qadağası, hesabından xal silinməsi, aşağı dəstəyə göndərilməsi kimi cəzalara məruz qala bilər.

Tarix
2015.06.18 / 16:56
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla