Yuxarı

İngiltərə finalın İstanbuldan alınmasını istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə finalın İstanbuldan alınmasını istəyir

İngiltərə Futbol Assosiasiyası Çempionlar Liqasının final matçının Türkiyədən alınıb Britaniyaya verilməsi imkanlarını UEFA ilə müzakirə edir.

Axar.az xəbər verir ki, bunu Britaniyanın nəqliyyat naziri Qrant Şapps jurnalistlərə açıqlamasında deyib.

“İngiltərə Futbol Assosiasiyası bu məsələ ilə bağlı UEFA ilə danışıqlar aparır. Biz finalı qəbul etməyə qarşı deyilik, amma qərar UEFA-nındır. İki ingilis klubu finala çıxıb, gözləyirik görəl nə cavab verəcəklər. Bunu müzakirəyə çıxarmağımızın səbəbi Britaniyanın Türkiyəni qadağan olunan ölkələr siyahısına - qırmızı siyahıya salması ilə əlaqədadır. Çünki bu ölkələrdən qayıtdıqdan sonra öz hesabına 10 gün oteldə karantində qalmalısan”, - Şapps bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün finalı mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək. Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları qarşılaşacaq.

Tarix
2021.05.07 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla