Yuxarı

”Qarabağ”dan pula görə getməmişəm”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
”Qarabağ”dan pula görə getməmişəm”

"İlk təklif "Xəzər Lənkəran"dan gəldi. Sərfəli təklif olduğu üçün razılaşdım. "Xəzər Lənkəran"da ilk dəfə titullar qazanmışam. Buna görə də bu komanda da mənə doğma gəlir. Rəhbərliyi də tanıyıram. Oyunçuların əksəriyyəti ilə yaxşı münasibətim var. Bütün bu amillər "Xəzər Lənkəran"ı seçməyimdə rol oynadı".

Axar.az xəbər verir ki, "Xəzər Lənkəran"ın yeni transferi Vüqar Nadirov qol.az-a geniş müsahibəsindən keçidini belə dəyərləndirib. Sabiq "Qarabağ" hücumçusu hesab edir ki, Ağdam klubunun onun üzərində əməyi böyükdür:

"Yəqin ki, mənim də "Qarabağ"a az köməyim dəyməyib. Bunu mütəxəssislər və azarkeşlər də deyə bilər. Qurban Qurbanovun da əməyini qeyd etməliyəm.

Yəqin halallıq verərlər. Mən onlara halallıq verirəm. Çoxları yazır ki, "Qarabağ"dan pula görə getmişəm. Ancaq belə deyil. Sırf oynamaq istədiyim üçün doğma komandamı tərk etdim. Düzdür, bəzən əsas heyətdə də oynayırdım. Ancaq mən meydanda daha çox olmaq istəyirəm".

V.Nadirov "Xəzər Lənkəran"ı əvvəlki günlərinə qaytarmağa çalışacaqlarını söyləyib.

Tarix
2015.06.19 / 19:26
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla