Yuxarı

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

FIFA klublarında əmək haqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya dəstək olacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun Futbolçular Fondunun açıqladığı hesabatda bildirilir. Lakin həmin futbolçuların adları və alacaqları məbləğ göstərilməyib.

Maliyyə dəstəyi almaq üçün 2015-ci ilin iyulundan 2020-ci ilin iyununadək hüquqları pozulmuş futbolçular müraciət ediblər. Ümumilikdə 36 ölkədən 109 klubun 1 089 futbolçusundan ərizə verilib və 1 005-i təmin olunub. Azərbaycandan olan dörd müraciətin hamısı müsbət cavablandırılıb. FIFA ödənişlərə ümumilikdə 16 milyon ABŞ dolları ayırıb. Həmin məbləğ 2022-ci ilin sonunadək veriləcək.

Müraciət sayında ilk "3-lük"də Yunanıstan (291), Malayziya (147) və Türkiyə (117) qərarlaşıb. Ən çox ödəniş isə Yunanıstan (1,36 milyon dollar), Türkiyə (692 min dollar) və Rusiyaya (566 min dollar) veriləcək.

Qeyd edək ki, yardım alan futbolçuların klublarının ya ödəniş qabiliyyətləri olmayıb, ya da həmin klublar peşəkar səviyyədə çıxışlarını başa vurub.

Tarix
2021.05.12 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla