Yuxarı

Rəcəbov 3-cü yer uğrunda mübarizədə də məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəcəbov 3-cü yer uğrunda mübarizədə də məğlub oldu

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçirilir.

Axar.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, birinci dövrənin oyunları heç-heçə ilə başa çatmışdı.

Turnirin qalibi adı uğrunda isə M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə qarşılaşması davam edir. Şahmatçılar arasında keçirilən ikinci dövrənin oyunları da heç-heçə ilə başa çatdığı üçün rəqiblər tay-brekdə qarşılaşmanı davam etdirirlər.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Tarix
2021.06.01 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla