Yuxarı

Hacı Əliyev Varşavada medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Əliyev Varşavada medal qazandı

İyunun 8-də Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.

Axar.az xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. Təmsilçimiz Hacı Əliyev "A" qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.

Digər güləşçimiz Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.

Tarix
2021.06.09 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla