Yuxarı

Rəcəbovdan heç-heçə, Məmmədyarov ilk 3-lükdə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəcəbovdan heç-heçə, Məmmədyarov ilk 3-lükdə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşlərini keçirib.

Axar.az xəbər verir ki, Məmmədyarov V turda rumıniyalı Konstantin Lupulesku ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka qarşı mübarizə aparıb. Görüş heç-heçə yekunlaşıb.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Tarix
2021.06.09 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla