Yuxarı

Şahmatçımız turnir cədvəlində 3-cü yerə yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahmatçımız turnir cədvəlində 3-cü yerə yüksəldi

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin ilk 5 turunun oyunları keçirilib.

Axar.az xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Dinara Saduakasovaya (Qazaxıstan) məğlub olsa da, sonrakı görüşləri (Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) 3 qələbə, 1 heç-heçə ilə başa vurub. Beş turdan 3,5 xal toplayan təmsilçimiz 3-4-cü yerləri bölüşür

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.

“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

Tarix
2021.06.10 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla