Yuxarı

Məmmədyarov növbəti qələbəsini qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov növbəti qələbəsini qazandı

Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilir.

Axar.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.

Turun digər oyunlarında niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyana uduzub. Rumıniya təmsilçisi Konstantin Lupuleskunun həmyerlisi Boqdan-Daniel Dyak ilə oyunu davam edir.

Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Tarix
2021.06.12 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla