Yuxarı

Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar "Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu" devizi altında "Sürəyənlər" velosiped qrupu Bakıdan Abşeron milli parkına yürüş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Abşeron milli parkının və "Sürəyənlər" velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda ekoloji turizmi təbliğ etməkdir.

Həftə sonunu Abşeron Milli Parkında keçirən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir. Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

Tarix
2021.06.14 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla