Yuxarı

Azarkeşlər Bakıda fərqli oyun görəcək - Burak

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azarkeşlər Bakıda fərqli oyun görəcək - Burak

Azərbaycanda olmaq bizim üçün xoşdur. Oyunlar zamanı Azərbaycan xalqının sevgisini və dəstəyini hiss edəcəyimizdən əminəm.

Axar.az xəbər verir ki, bunu Avro-2020-nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının futbolçusu, kapitan Burak Yılmaz bu gün təşkil olunan mətbuat konfransında deyib.

Hücumçu bildirib ki, açılış oyunu bizim üçün səfər oyunu idi və biz bunu hiss etdik. Bu hissləri Uels millisi yaşayacaq.

"İlk oyunda müəyyən səhvlərimiz oldu. Bu istiqamətdə məşqçilər korpusu futbolçularla danışıqlar apardı. Problemlərin aradan qalxdığını düşünürəm. Ümid edirəm ki, azarkeşlər İtaliya ilə oyunumuzdan fərqli futbol görəcəklər", - deyə forvard əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Tarix
2021.06.16 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla