Yuxarı

Danimarka-Belçika matçı 10-cu dəqiqədə dayandırılacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Danimarka-Belçika matçı 10-cu dəqiqədə dayandırılacaq

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka-Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Belçika millisinin hücumçusu Romelu Lukaku "Football İtalia" nəşrinə açıqlamasında deyib.

İtaliya "İnter"ində çıxış edən forvard bildirib ki, bu addım qrupun ilk turunun Finlandiya ilə matçında (0:1) huşunu itirərək yerə yıxılan Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Eriksenin şərəfinə atılacaq: "Bu zaman azarkeşlər onu alqışlamaq üçün imkan əldə edəcəklər. Sabahkı oyundan sonra Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin".

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Eriksen Finlandiya ilə matçda ölüm təhlükəsi ilə üz-üzə qalıb. Meydanda ürəyi dayanan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.

Tarix
2021.06.17 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla