Yuxarı

Ukraynadan ilk qələbə, Belçika və Niderland 1/8 finalda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan ilk qələbə, Belçika və Niderland 1/8 finalda

2021.06.17 - 19:18

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura start verilib.

Axar.az xəbər verir ki, Ukrayna millisi Şimali Makedoniya yığması ilə qarşılaşıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüş Andrey Şevçenkonun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 29-cu dəqiqədə ukraynalıların heyətində Andrey Yarmolenko vurub. Cəmi 5 dəqiqə sonra Roman Yaremçuk fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Şimali Makedoniya millisinin müdafiəçisi Özcan Alioski buraxılan qollardan birinin əvəzini çıxıb. Onun yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf etsə də, topa hamıdan tez çatan Alioski adını tabloya yazdırıb. 84-cü dəqiqədə Ukrayna yığması 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Ruslan Malinovskinin fərqlənməsinə qolkiper Stole Dimitrevski imkan verməyib.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Ukrayna 3-cü pillədəki yerini qoruyub. Xalı olmayan Şimali Makedoniya isə sonuncudur.

Qeyd edək ki, bu qrupun digər oyununda Niderland və Avstriya yığmaları üz-üzə gələcəklər.

***

Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

Turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:1.

***

Niderland millisi Avstriya üzərində 2-0 hesabı ilə qalib gəldi. Bununla xallarının sayını 6-ya yüksəldən "narıncılar" adını 1/8 finala yazdırdı.

Tarix
2021.06.18 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla