Yuxarı

Möcüzəyə bel bağlamışıq - Şenol Günəş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Möcüzəyə bel bağlamışıq - Şenol Günəş

Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İsveçrəyə qarşı keçirəcəkləri Avro-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı:

"Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var idi".

Günəş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb:

"Təqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumuzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".

Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib:

"Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".

Tarix
2021.06.19 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla